Docker və ya konteynerləşdirmə əməliyyat səviyyəsində virtuallaşmanı sağlayan bir komputer proqamıdır. İlk dəfə 2013-cü ildə istifadə edilmişdir.
İstənilən proqramı və ya sistemi konteyner kimi istifadə etmək mümkündür. Məsələn, siz bir komputerdə və ya serverdə PHP-nin bütün versiyalarını çalışdırmaq istəyirsiz, o zaman istənilən versiyanı konteyner edib docker ilə çalışdırın və istəmədiyiniz təqdirdə silin və ya söndürün. Əməliyyat sistemində heç bir dəyişiklik olmayacaq!
Docker-i ilk öncə quraşdırmaq üçün aşağıdakı əmri daxil edirik:
sudo apt-get -y install apt-transport-https ca-certificates curl
Sonra GPG key-i təsdiq edirik
curl -fsSL https://download.docker.com/linux/ubuntu/gpg | sudo apt-key add -
Sonra sistemin versiyasına uyğun olaraq yükləmə üçün zəmin hazırlayır:
sudo add-apt-repository "deb [arch=amd64] https://download.docker.com/linux/ubuntu $(lsb_release -cs) stable"
Sonra quraşdırmamazdan qabaq sistem xəttini yeniləyirik:
sudo apt-get update
İndi isə Ubuntuya Community Edition Docker-i quraşdıra bilərik:
sudo apt-get -y install docker-ce
Diqqət! Docker-i quraşdırmaq üçün gərək sisteminiz 64 bitlik sistemi dəstəkləsin və həmən versiyada olsun.
Docker quraşdırıldıqdan sonra aşağıdakı əmrlərdən istifadə etmək olar:
Hal-hazırda aktiv Docker təsvirlərinin siyahısı:
sudo docker ps -a
Sistemə əlavə edilmiş bütün Docker təsvirlərinin siyahısı:
sudo docker images
Docker servisinin sistemdə ümumilikdə söndürüb yenidən başlatmaq:
sudo service docker restart
Docker təsvirlərini yükləmək üçün aşağıdakı keçidi klikləyin:
Misal üzrə MySQL DB Engine quraşdıracayıq.
Bunun üçün aşağıdakı əmri daxil edək:
docker pull mysql
docker@docker-VirtualBox:~$ docker pull mysql
Using default tag: latest
latest: Pulling from library/mysql
10a267c67f42: Pull complete
c2dcc7bb2a88: Pull complete
17e7a0445698: Pull complete
9a61839a176f: Pull complete
a1033d2f1825: Pull complete
0d6792140dcc: Pull complete
cd3adf03d6e6: Pull complete
d79d216fd92b: Pull complete
b3c25bdeb4f4: Pull complete
02556e8f331f: Pull complete
4bed508a9e77: Pull complete
Digest: sha256:2f4b1900c0ee53f344564db8d85733bd8d70b0a78cd00e6d92dc107224fc84a5
Status: Downloaded newer image for mysql:latest
Sonra konteynerı başlatmaq lazımdır. Aşağıdakı parametrləri daxil edirik:
sudo docker run --name mysql // Burada Dockerin adını təyin edirik və start edirik.
/home/elvin/storage/mysql/:/var/lib/mysql // komputerdə qovluq yaradıb onu konteynerin işlək qovluğuna qoşuruq.
-p 3306:3306 // Konteynerin portunu mysql portu kimi təyin edirik
--restart always // Bu parametr konteyneri sönməyə qoymayacaq
-e MYSQL_ROOT_PASSWORD=123 // MySQL-in root istifadəçisinə şifrə təyini
-d mysql
Tam əmr:
sudo docker run --name mysql -v /home/elvin/storage/mysql/:/var/lib/mysql -p 3306:3306 --restart always -e MYSQL_ROOT_PASSWORD=123 -d mysql
Konteyneri tam araşdırmaq və parametrlərə baxmaq üçün aşağıdakı əmri daxil edirik:
sudo docker inspect 9621f1bbc17a
Bu əmr ilə biz konteynerin daxilinə root kimi loqin oluruq:
docker@docker-VirtualBox:~$ sudo docker ps -a
CONTAINER ID IMAGE COMMAND CREATED STATUS PORTS NAMES
9621f1bbc17a mysql docker-entrypoint... 10 seconds ago Up 7 seconds 0.0.0.0:3306->3306/tcp mysql
Vəssalam artıq sisteminizdə MySQL sistemi mövcuddur!
Rəylər
0