5
view-button 92
JavaScript-də arrayla işləmək üçün 15 metod

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

JavaScript-də arrayla işləmək üçün 15 metod

elvinhuseynov

JavaScript-də array bir sıra müxtəlif elementləri saxlamaq üçün istifadə olunan xüsusi məlumat strukturudur. Daxili xassələri və metodlarını istifadə edərək, ehtiyaclarınıza uyğun olaraq məlumatları əlavə edə, silə, təkrarlaya və ya emal edə bilərsiniz. JavaScript array texnikasını bilmək professional bacarıqlarınızı növbəti səviyyəyə aparacağına və istənilən iş müsahibəsində sizin seçilmənizə böyük töhvə verəcəkdir.

Bu yazıda JavaScript-də arrayla səmərəli işləməyinizə kömək edəcək 15 metoda baxacağıq.

  1. some()

Bu metod ona xassə kimi verilən "d" dəyərini myAwesomeArray array-ında yoxlayır və əgər tapıldığı təqdirdə boolean true və ya false qaytarır.

const myAwesomeArray = ["a", "b", "c", "d", "e"]

myAwesomeArray.some(test => test === "d")
//-------> Output : true
  1. reduce()

Bu metod arqument olaraq funksiya qəbul edir. Həmən funksiyanın isə iki arqumenti olur: biri akkumulyator digəri isə array elementinin dəyəriş. Nəticədə metod yalnız bir dəyər qaytarır.

const myAwesomeArray = [1, 2, 3, 4, 5]

myAwesomeArray.reduce((total, value) => total * value)
// 1 * 2 * 3 * 4 * 5
//-------> Output = 120
  1. every()

some() metodundan fərqli olaraq every() metodu arrayin hər bir elementin verilmiş dəyərin ona bərabər olmasını tələb edir. Nəticə olaraq boolean qaytarır.

const myAwesomeArray = ["a", "b", "c", "d", "e"]

myAwesomeArray.every(test => test === "d")
//-------> Output : false

const myAwesomeArray2 = ["a", "a", "a", "a", "a"]

myAwesomeArray2.every(test => test === "a")
//-------> Output : true
  1. map()

Ən çox istifadə olunan map() metodu arqument olaraq funksiya qəbul edir və tam yeni array qaytarır. Digər arrayin elementlərinin sayı qədər array qaytaracaqdır.

const myAwesomeArray = [5, 4, 3, 2, 1]
myAwesomeArray.map(x => x * x)

//-------> Output : 25
//                  16
//                  9
//                  4
//                  1
  1. flat()

Bu metod array içində array olan istənilən obyekti bir səviyyəli arraya çevirir.

const myAwesomeArray = [[1, 2], [3, 4], 5]

myAwesomeArray.flat()
//-------> Output : [1, 2, 3, 4, 5]
  1. filter()

Adındanda bəlli olduğu kimi bu metod arrayın içindən ona verilmiş axtarış dəyəri true olduğu təqdirdə yeni array qaytaracaqdır.

const myAwesomeArray = [
  { id: 1, name: "john" },
  { id: 2, name: "Ali" },
  { id: 3, name: "Mass" },
  { id: 4, name: "Mass" },
]

myAwesomeArray.filter(element => element.name === "Mass")
//-------> Output : 0:{id: 3, name: "Mass"},
//                  1:{id: 4, name: "Mass"}
  1. forEach()

Burda isə filter() dən fərqli olaraq arrayın içindəki xassənin dəyərlərini ayrıca çıxartmaq mümkündür.

const myAwesomeArray = [
  { id: 1, name: "john" },
  { id: 2, name: "Ali" },
  { id: 3, name: "Mass" },
]

myAwesomeArray.forEach(element => console.log(element.name))
//-------> Output : john
//                  Ali
//                  Mass
  1. findIndex()

Bu metod argument olaraq funksiya qəbul edir. Adındanda bəlli olduğu kimi arrayın içindəki elementin indeksini qaytarır. Əgər indeks tapıldısa o zaman sırasını qaytarır. Əgər nəticə false olarsa o zaman -1 qaytaracaq. 🤷‍♂️

const myAwesomeArray = [
  { id: 1, name: "john" },
  { id: 2, name: "Ali" },
  { id: 3, name: "Mass" },
]

myAwesomeArray.findIndex(element => element.id === 3)
//-------> Output : 2

myAwesomeArray.findIndex(element => element.id === 7)
//-------> Output : -1
  1. find()

findIndex() metoduna çox bənzəyən find() metodu ona verilən funksiya arqumenti dəyərindəki axtarış dəyəri tapıldıqda həmən elementin özünü tapmadıqda isə undefined qaytarır.

const myAwesomeArray = [
  { id: 1, name: "john" },
  { id: 2, name: "Ali" },
  { id: 3, name: "Mass" },
]

myAwesomeArray.find(element => element.id === 3)
//-------> Output : {id: 3, name: "Mass"}

myAwesomeArray.find(element => element.id === 7)
//-------> Output : undefined
  1. sort()

Metod arqument olaraq funksiya qəbul edir. Ötürülmüş funksiyaya uyğun olaraq arrayın elementlərini çeşidləyib qaytarır.

const myAwesomeArray = [5, 4, 3, 2, 1]

// Sort from smallest to largest
myAwesomeArray.sort((a, b) => a - b)
//-------> Output : [1, 2, 3, 4, 5]

// Sort from largest to smallest
myAwesomeArray.sort((a, b) => b - a)
//-------> Output : [5, 4, 3, 2, 1]
  1. concat()

Bu metod iki və daha artıq arrayı birləşdirərək yeni array qaytarır.

const myAwesomeArray = [1, 2, 3, 4, 5]
const myAwesomeArray2 = [10, 20, 30, 40, 50]
myAwesomeArray.concat(myAwesomeArray2)
//-------> Output : [1, 2, 3, 4, 5, 10, 20, 30, 40, 50]
  1. fill()

Bu metod arrayın 0 indeksindən sonuncu elementinə kimi (array.length) bütün elementlərini eyni dəyər ilə doldurur. (İstifadə edən olub? 🤔)

const myAwesomeArray = [1, 2, 3, 4, 5]

// The first argument (0) is the value
// The second argument (1) is the starting index
// The third argument (3) is the ending index
myAwesomeArray.fill(0, 1, 3)
//-------> Output : [1, 0, 0, 4, 5]
  1. includes()

includes() metodu ona ötürülən dəyərin arrayın içindəki elementlərdə rast gəldiyi zaman true əks təqdirdə isə false qaytarır.

const myAwesomeArray = [1, 2, 3, 4, 5]

myAwesomeArray.includes(3)
//-------> Output : true

myAwesomeArray.includes(8)
//-------> Output : false
  1. reverse()

Bu metod arrayin elementlərini ardıcıllığı əks istiqamət üzrə dəyişir. Fikir verdinizsə c elementi tam ortada olduğu üçün yerini dəyişmədi.

const myAwesomeArray = ["e", "d", "c", "b", "a"]

myAwesomeArray.reverse()
//-------> Output : ['a', 'b', 'c', 'd', 'e']
  1. flatMap()

Adındanda bəlli olduğu kimi bu metod iki digər metodunun birləşməsidir: flat()map(). Şərhə ehtiyac yoxdur.

const myAwesomeArray = [[1], [2], [3], [4], [5]]

myAwesomeArray.flatMap(arr => arr * 10)
//-------> Output : [10, 20, 30, 40, 50]

// With .flat() and .map()
myAwesomeArray.flat().map(arr => arr * 10)
//-------> Output : [10, 20, 30, 40, 50]

Elvin Huseynov

CodeX layihəsinin təsisçisi. PM

Rəylər

2 comments
elvinhuseynov
@elvinhuseynov 15.08.2020 12:21
@javanshir_huseynov, buyurun. Əsas odur ki proqramlaşdırma sahəsində olduqca maraqlı məlumatları öyrənək və tətbiq edək. Bu işdə əlbətdə ki doğma dilimizdə yazılan məqalələrə və ya dilimizə tərcümə olunan məqalələr lazımdır.
javanshir_huseynov
Çox faydalı məlumatdır. Təşəkkürlər!
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun