ctrl-c
nə edir?
Shell seansında əlavə edilmiş əmri dayandırmaq üçün istifadə edilir.
ctrl-d
nə edir?
Shell seansını dayandıraraq teminalı bağlayır.
Tab terminalda nə edir?
Klaviaturada Tab
düyməsini sıxaraq işlədiyiniz qovluqda olan faylın adını və ya daxil etdiyiniz əmrin ilk hərfindən sonra onu tam olaraq terminalda tamamlayır.
ctrl-L
nə edir?
Terminalda clear
əmrin etdiyi əməliyyatı yerinə yetirir. Bir sözlə terminalı təmizləyir.
ctrl-a
və ctrl-e
nə edir?
Müvafiq olaraq kursoru sətrin əvvəlinə (ctrl-a) və ya sətrin sonuna (ctrl-e) daşıyır.
alt-f
və alt-b
nə edir?
(və ya ctrl + sol/sağ işarələri)\ Kursoru hər sözün önünə və ya sonuna doğru aparır.
Mən terminalda rekursiv olaraq necə axtarış edə bilərəm?
Bunun üçün ctrl-r
düymələrini sıxın və hərfləri daxil etməyə başlayın. Axtardığınız əmr tam olaraq çıxdıqda Enter
düyməsini sıxın.
ctrl-u
və ctrl-k
nə edir?
Kursorun sol və ya sağ istiqaməti üzrə yazıların silinməsi üçün istifadə edilir.
Rəylər
0