2
view-button 804
Nümunələrlə top 20 Git əmrləri

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

Nümunələrlə top 20 Git əmrləri

elvinhuseynov

Proqramlaşdırma prosesində demək olar ki hər gün istifadə etdiyimiz Git əmrlərini görəsən nə qədər yaxşı bilirik? Bu yazıda çalışacam əsas əmrləri bir araya yığaraq qısa izahını verim.

git config

İstifadə qaydası: git config –global user.name “[Elvin Huseynov]”
İstifadə qaydası: git config –global user.email “[elvin@codex.az]”

Bu əmr müəllif adını və e-poçt ünvanını müvafiq olaraq commit-lərdə istifadə olunmasını təyin edir.

git init

İstifadə qaydası: git init [repository name]

Bu əmr yeni bir layihəyə və ya lokal repoya başlamaq (yaratmaq) üçün istifadə olunur.

git clone

İstifadə qaydası: git clone [url]

Bu əmr mövcud URL-dən layihəni lokal komputerə kopyalamaq üçün istifadə olunur.

git add

İstifadə qaydası: git add [file]

Bu əmr serverə yalnız konkret hansısa faylı yola salınacaq siyahısına əlavə edir.

İstifadə qaydası: git add *

Bu əmr isə bütün dəyişilən faylları yola salınacaq siyahısına əlavə edir.

git commit

İstifadə qaydası: git commit -m “[görülmüş işlərin qısa təsviri]”

Bu əmr serverə göndəriləcək dəyişilikləri lokal maşında qeydə alaraq ona versiya təyin edir.

İstifadə qaydası: git commit -a

git add əmri ilə əlavə edilmiş faylları və ondan sonra dəyişilmiş faylları commit edir. Nəticə etibarı ilə yenidən git commit -m “[görülmüş işlərin qısa təsviri]” əmrini yazmağa ehtiyac olmur.

git diff

İstifadə qaydası: git diff

Bu əmr, mərhələləndirilməmiş (not staged) fayl fərqlərini göstərir.

İstifadə qaydası: git diff –staged

Bu əmr isə mərhələləndirilmiş fayllar arasında fərqləri versiyalarını göstərmək şərti ilə terminalda göstərir.

İstifadə qaydası: git diff [first branch] [second branch]

Bu əmr iki branch arasında fərqləri göstərir.

git reset

İstifadə qaydası: git reset [file]

Bu əmr faylın məzmununu (dəyişikliyini) saxlayaraq faylı stage-dən götürür.

İstifadə qaydası: git reset [commit]

Bu əmr commit-i geri qaytarır və lokaldakı dəyişiklikləri olduğu kimi saxlayır.

İstifadə qaydası: git reset –hard [commit]

Bu əmr isə bütün dəyişiklikləri silərək konkret göstərilmiş commit-ə geri qaytarır.

git status

İstifadə qaydası: git status

Commit olacaq bütün faylların siyahısını götərir.

git rm

İstifadə qaydası: git rm [file]

Bu əmr göstərilmiş faylı iş qovluğundan silərək severdədə silinməsi üçün işarələyir. Artıq növbəti commit-də həmən fayl serverdədə silinmiş olacaqdır.

git log

İstifadə qaydası: git log

Bu əmrin köməyi ilə cari branchin versiyalar tarixinə nəzər salmaq olar.

İstifadə qaydası: git log –follow[file]

Bu əmr göstərilmiş faylın versiyaları haqqında məlumat almaq mümkündür. Hətda faylın adı dəyişdirilimiş olsada belə.

git show

İstifadə qaydası: git show [commit]

Bu əmr, müəyyən commit-in metadatasını və məzmun dəyişikliklərini göstərir.

git tag

İstifadə qaydası: git tag [commitID]

Bu əmr ilə müəyyən commit-ə təq verə bilmək mümkündür.

git branch

İstifadə qaydası: git branch

Cari repota mövcud branch-ların siyahısına baxmaq üçün istifadə olunur.

İstifadə qaydası: git branch [branch-ın adı]

Yeni branch-ı yaratmaq üçün istifadə olunur.

İstifadə qaydası: git branch -d [branch-ın adı]

Bü əmrin köməyi ilə branch-ı silmək mümkündür.

git checkout

İstifadə qaydası: git checkout [branch-ın adı]

Bu əmri yazaraq bir branch-dan digərinə keçmək mümkündür.

İstifadə qaydası: git checkout -b [branch-ın adı]

Bu əmr ilə yeni bir branch yaradaraq həmən branch-a keçmək olur.

git merge

İstifadə qaydası: git merge [branch-ın adı]

Digər branch-ın dəyişikliklərini cari branch-dakı kodlar ilə birləşdirmək üçün bu əmri istifadə etmək lazımdır.

git remote

İstifadə qaydası: git remote add [dəyişənin adı] [Remote Server Link]
(dəyişənin adı adətən origin kimi qeyd olunur)

Bu əmr, lokal reponu server ilə birləşdirmək üçün istifadə olunur.

git push

İstifadə qaydası: git push [variable name] master

Commit olunmuş dəyişiklikləri serverdəki master branch-ına göndərən əmrdir.

İstifadə qaydası: git push [variable name] [branch]

Göstərilmiş brancha commit olunmuş dəyişiklikləri yollamaq üçün istifadə olunur.

İstifadə qaydası: git push –all [variable name]

Bütün branchlarınıza commit olunmuş dəyişiklikləri eyni anda göndərir.

İstifadə qaydası: git push [variable name] :[branch name]

Bu əmr git reposunda olan branchi silir.

git pull

İstifadə qaydası: git pull [Repository Link]

Bu əmr serverdəki dəyişiklikləri iş qovluğunuza gətirir və birləşdirir.

git stash

İstifadə qaydası: git stash save

Bu əmr dəyişdirilmiş bütün faylları müvəqqəti olaraq kənarda saxlayır.

İstifadə qaydası: git stash pop

Bu əmr ən son yığılmış faylları bərpa edir.

İstifadə qaydası: git stash list

Bu əmr bütün yığılmış dəyişikliklərin siyahısını verir.

İstifadə qaydası: git stash drop

Bu əmr ən son yığılmış dəyişiklikləri ləğv edir.

Elvin Huseynov

CodeX layihəsinin təsisçisi. PM

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun