1
view-button 46
Reason 442 Failed to enable Virtual Adapter xətası

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

Reason 442 Failed to enable Virtual Adapter xətası

elvinhuseynov

Salam dostlar. Windows 10 ( build 2004) yenilənməsi gələndən sonra mənim komputerimdə Cisco VPN Client avtomatik olaraq yoxa çıxmışdır. Proqramı yenidən yazdıqdan sonra bağlantı zamanı 442 nömrəli xətanı çıxartmağa başladı. Biraz araşdırmadan sonra həllini taparaq sizinlə bölüşürəm.

Addım 1: Windows + R düymələrini sıxın və kiçik pəncərədə regedit yazın.

Addım 2: Reyestr redaktorunda sol menuda aşağıda göstərilən qaydada qovluqları açın:

HKEY_LOCAL_MACHINE
└──SYSTEM
    └──CurrentControlSet
        └──Services
            └──CVirtA

Addım 3: Sağ tərəfdəki redaktor pəncərəsində DisplayName-ın üzərinə iki dəfə klik edin.

Addım 4: Value (Значение) xanasında @oem60.inf,%CVirtA_Desc%; dəyərini silirik və orada yalnız Cisco Systems VPN Adapter for 64-bit Windows yazısının qaldığına əmin olub Ok düyməsini sıxırıq.

Qoşulmağa cəhd edin, alınmasa gəlib pulunuzu apararsız 😂

Elvin Huseynov

CodeX layihəsinin təsisçisi. PM

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun