2 il əvvəl Microsoft qeyri-adi bir eksperiment edərək, 26 petabaytlıq barel formalı məlumat mərkəzini Şotlandiya sahillərin birində dərinliyə endirmişdi. Ötən günlərin birində şirkət onu quruya qaldırıb və nəticələri analiz etməyə başladılar.
Sualtı məlumat mərkəzi, içərisində 12 server rəfinin (864 server) olduğu 12 metr uzunluğunda möhürlənmiş bir kapsuldur. Dəniz dibində yerləşən kapsula ətrafdakı dəniz suyu ilə demək olar ki, mütəmadi soyudulurdu.
Modulda yerləşən serverlər, insanların eyni dövrdə quruda ənənəvi məlumat mərkəzlərindən fərqli olaraq səkkiz dəfə daha az sıradan çıxırdı.
Nəticə etibarı ilə şirkət gələcəkdə Məlumat Mərkəzlərin dəniz və okeanların altında qurulmasının daha efektiv olduğunu bildirmişdir.
P.S. Görəsən RAM-ı dəyişmək üçün ora kim düşərdi? 🤔
Rəylər
0