1
view-button 40
Ubuntuda SWAP yaddaşın artırılması

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

Ubuntuda SWAP yaddaşın artırılması

elvinhuseynov

Swap əməliyyat sisteminin əlavə RAM olaraq istifadə edə biləcəyi kompüterinizdəki xüsusi bir sahədir. Ubuntu 17.04-dən başlayaraq, swap bölməsi swap faylı ilə əvəz olundu. Swap faylının əsas üstünlüyü onun asanlıqla həcminin dəyişdirilməsdiri.

Aşağıdakı misalda biz 4Gb swapfile-ını 8Gb-ə kimi artıracayıq.

1) İlk öncə swap prosesini söndürək

sudo swapoff -a

2) Swapın həcmini dəyişək

sudo dd if=/dev/zero of=/swapfile bs=1G count=8

if = daxil olan fayl of = çıxış faylı bs = blok ölçüsü count = blokların multiplikatoru

3) İstifadəyə yararlı swap hazırlayaq

sudo mkswap /swapfile

4) Swap faylını işə salaq

sudo swapon /swapfile

5) Mövcud swap miqdarını yoxlayaq

grep SwapTotal /proc/meminfo

Elvin Huseynov

CodeX layihəsinin təsisçisi. PM

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun