Bir neçə gün öncə çox maraqlı bir tapşırıq aldım. Tapşırığın əsas hədəfi tez bir zamanda köhnədən yaradılmış Microsoft Office Word fayllarını daha müasir versiyası üçün konvertasiya etməkdir. Bunu bir az araşdırmadan sonra Python-la etməyin ən asan yolu olduğunu anladım. Odur ki addımlarla izah etməyə çalışacam:
Addım 1: İlk öncə Python proqramını yükləmək və komputerə quraşdırmaq lazım olacaqdır. Quraşdırarkən pəncərənin aşağı hissəsində Add to PATH yazısının önünə mütləq quş qoymağı unutmuruq!
Addım 2: Python uğurla komputerə quraşdırılandan sonra ПУСК-da cmd yazaraq terminalı açırıq və bu əmri daxil edirik:
pip install pypiwin32
Terminalı hələm bağlamırıq!
Addım 3: Aşağıdakı kodu kopyalayırıq və İş masasında convert.py
adlı bir mətn faylı yaradıb yapışdırırq:
from glob import glob
import re
import os
import win32com.client as win32
from win32com.client import constants
# Create list of paths to .doc files
paths = glob('C:\\Users\\Elvin Huseynov\\Desktop\\words\\**\\*.doc', recursive=True)
def save_as_docx(path):
# Opening MS Word
word = win32.gencache.EnsureDispatch('Word.Application')
doc = word.Documents.Open(path)
doc.Activate ()
# Rename path with .docx
new_file_abs = os.path.abspath(path)
new_file_abs = re.sub(r'\.\w+$', '.docx', new_file_abs)
# Save and Close
word.ActiveDocument.SaveAs(
new_file_abs, FileFormat=constants.wdFormatXMLDocument
)
doc.Close(False)
for path in paths:
save_as_docx(path)
Addım 4: Sonra elə həmən mətn redaktorunda C:\Users\Elvin Huseynov\Desktop\words\ keçidini dəyişərək doc faylların qovluğunu göstəririk. Ən başlıcası da odur ki, siz gərək bütün faylların yerləşdiyi ana qovluğu göstərəsiniz. Kod rekursiv olaraq bütün qovluqlara girəcək və tələb edilən faylları tapıb konvertasiya edəcək.
Addım 5: Sonra keçirik açıq qalan terminalımıza. Burada ilk öncə keçirik İş masamıza cd Desktop
sonra isə python convert.py
yazaraq skriptimizi işə salırıq.
Əgər yuxarıdakı addımları hamısını düz etmiş olsanız, nəticədə bütün .DOC fayllarınız .DOCX fayllarına dəyişəcək və siz rahatlıqla yeni nəsil Microsoft Office dən istifadə edərək fayllarınızla işləyə biləcəksiniz.
Rəylər
1