2
view-button 60
Word və Excel-də işləyərkən ən faydalı düymə

Yazı haqqında xəbər ver

Əgər yazıda qeyri etik və ya təhqir xarakerli sözlər varsa bizə xəbər verməyiniz rica olunur.

Word və Excel-də işləyərkən ən faydalı düymə

elvinhuseynov

Bu yazını ofis proqramları ilə işləyərkən inanılmaz faydalı olan bir düyməyə həsr etmək istəyirəm. Bu düymə «F4»-dür.

Bəs o nə edir? Sadəcə son əməliyyatı təkrarlayır.

Belə bir situasiyanı təsəvvür edin - cədvəldə bir neçə xanaları müxtəlif rənglərə boyamaq lazımdır. Siz ilk boyanacaq xananın üzərinə gətirib boyamaq düyməsini sıxırıq və nəticədə xana rənglənir. İndi növbəti xananın üzərinə yerləşdirin və yenidən rəngləmək üçün daha rənglə düyməsini sıxmırıq. Bunun əvəzinə sadəcə F4 düyməsini sıxırıq.

Bu bütün ofis proqramlarında işləyir. F4 düyməsi vasitəsi ilə mətni işarələmək, formatını dəyişmək, və istənilən qədər əməliyyatı təkrarlaya bilərsiniz. Əgər gün ərzində Word və Excel-də çoxlu işləyirsinizsə bu düymə sizin vaxtınızı inanılmaz dərəcədə ekonom edəcək.

Elvin Huseynov

CodeX layihəsinin təsisçisi. PM

Rəylər

0 comments
Rəy yazan olmayıb
Rəy yazmaq üçün lütfən sayta Telegram hesabınızla daxil olun