Məzmuna keçin
  • Kateqoriyalar
  • Ən yeni
  • Teqlər
  • Populyar
Yığmaq
Brend loqosu
  1. Əsas səhifə
  2. Oracle
  3. Oracle SQL-də CREATE, INSERT, SELECT, UPDATE və DELETE əmrləri

Oracle SQL-də CREATE, INSERT, SELECT, UPDATE və DELETE əmrləri

Planlaşdırılıb Sabitlənib Kilidlənib Köçürülüb Oracle
sqlcommandscreateinsertselect
1 Yazı 1 Yazarlar 31 Baxış
  • Ən köhnədən yeniyə
  • Ən yenidən köhnəyə
  • Ən çox səs
Cavab ver
  • Mövzu olaraq cavablandır
🔑 Daxil ol
Bu mövzu silindi. Yalnız mövzu idarəçiliyi imtiyazlarına malik olan istifadəçilər onu görə bilər.
  • C Oflayn
    C Oflayn
    codex
    yazdı 26 günəvvəl sonuncu dəfə tərəfindən redaktə edilib
    #1

    Oracle SQL verilənlər bazası ilə işləyənlər üçün əsas əmrlərdən bəziləri cədvəl yaratmaq, cədvələ məlumat əlavə etmək və məlumatları sorğulamaqdır. Bu əmrlər vasitəsilə siz öz bazanızı qurur, məlumatları saxlayır və onlara çıxış əldə edirsiniz.


    🧱 1. CREATE TABLE – Yeni cədvəl yaratmaq

    Oracle SQL-də yeni bir cədvəl yaratmaq üçün CREATE TABLE əmri istifadə olunur.

    Sintaksis:

    CREATE TABLE cədvəlin_adı (
        sütün_adı_1 verilənin_növü constraint,
        sütün_adı_2 verilənin_növü constraint,
        ...
    );
    

    Məsələn:

    CREATE TABLE employees (
        id NUMBER PRIMARY KEY,
        name VARCHAR2(100),
        salary NUMBER(8, 2),
        department_id NUMBER
    );
    

    Bu əmrlə employees adlı bir cədvəl yaradılır. Burada:

    • id sütunu unikal və əsas açar (PRIMARY KEY) olaraq təyin edilib.
    • name – maksimum 100 simvolluq mətn qəbul edir.
    • salary – onluq sayıdır (8 rəqəmli, 2-si onluqdan sonra).
    • department_id – işçinin aid olduğu şöbənin ID-si.

    ➕ 2. INSERT INTO – Məlumat Əlavə Etmək

    Yaradılmış cədvələ məlumat əlavə etmək üçün INSERT INTO əmri istifadə olunur.

    Sintaksis:

    INSERT INTO cədvəlin_adı (sütün_adı_1, sütün_adı_2, ...)
    VALUES (sütün 1 üçün data, sütün 2 üçün data, ...);
    

    Məsələn:

    INSERT INTO employees (id, name, salary, department_id)
    VALUES (1, 'Ali Həsənov', 2500.00, 101);
    

    Bu əmrlə employees cədvəlinə bir işçi haqqında məlumat əlavə edilir.

    Əgər bütün sütunlara ardıcıllıqla məlumat daxil edilirsə, sütun adlarını yazmadan da istifadə etmək olar:

    INSERT INTO employees
    VALUES (2, 'Aygün Məmmədova', 3200.50, 102);
    

    🔍 3. SELECT – Məlumatları Oxumaq

    Verilənlər bazasından məlumatları çıxarmaq üçün SELECT əmri istifadə olunur.

    Sintaksis:

    SELECT sütün_adı_1, sütün_adı_2 və ya *(hamısı)
    FROM cədvəlin_adı
    WHERE hər nasısa bir şərt;
    

    Məsələn:

    Bütün işçilərin adlarını və maaşlarını göstər:

    SELECT name, salary FROM employees;
    

    Maaşı 3000-dən çox olan işçiləri seç:

    SELECT * FROM employees
    WHERE salary > 3000;
    

    Bütün cədvəli görmək üçün:

    SELECT * FROM employees;
    

    ✏️ 4. UPDATE – Məlumatı Yeniləmək

    Cədvəldəki mövcud məlumatı dəyişdirmək üçün UPDATE əmri istifadə olunur.

    Sintaksis:

    UPDATE cədvəlin_adı
    SET sütün_adı_1 = sütün üçün yeni dəyər 1, sütün_adı_2= sütün üçün yeni dəyər 2, ...
    WHERE hər nasısa bir şərt;
    

    Nümunə:

    UPDATE employees
    SET salary = 2800.00
    WHERE id = 1;
    

    Bu əmrlə id-si 1 olan işçinin maaşı 2800.00 olaraq yenilənir.

    Qeyd: WHERE şərti yazılmasa, cədvəldəki bütün sətirlər yenilənər. Bu isə təhlükəlidir! UPDATE əmrini yalnız WHERE şərti ilə işlətməyi unutmuruq!


    ❌ 5. DELETE – Məlumatı silmək

    Cədvəldəki məlumatı silmək üçün DELETE əmri istifadə olunur.

    Sintaksis:

    DELETE FROM cədvəlin_adı
    WHERE hər nasısa bir şərt;
    

    Nümunə:

    DELETE FROM employees
    WHERE id = 1;
    

    Bu əmrlə id-si 1 olan işçi cədvəldən silinir.

    Diqqət: WHERE şərti yazılmazsa, bütün məlumatlar silinə bilər:

    DELETE FROM employees; -- BÜTÜN İŞÇİLƏR SİLİNƏCƏK!
    

    Oracle SQL-də əsas əmrlər:

    Əməl Təyinatı
    CREATE TABLE Yeni cədvəl yaratmaq
    INSERT INTO Yeni məlumat əlavə etmək
    SELECT Məlumatları oxumaq
    UPDATE Mövcud məlumatı dəyişdirmək
    DELETE Məlumatı silmək

    🧠 Əlavə Qeydlər

    • Datatypes (Verilən növləri):

      • VARCHAR2(n) – Mətn tipli məlumat, maksimum n uzunluqda.
      • NUMBER(p, s) – Ədədi dəyərlər: p – ümumi rəqəm sayı, s – onluqdan sonra.
      • DATE – Tarix və zaman saxlamaq üçün.
    • Constraints (Məhdudiyyətlər):

      • PRIMARY KEY – unikal və boş olmayan sütun.
      • NOT NULL – mütləq dəyər verilməlidir.
      • UNIQUE – təkrarlanmayan dəyərlər.
    1 cavab Son cavab
    Cavab ver
    • Mövzu olaraq cavablandır
    🔑 Daxil ol
    • Ən köhnədən yeniyə
    • Ən yenidən köhnəyə
    • Ən çox səs

    1/1

    2025 M05 4 04:27




    Bilik paylaşdıqca artan bir sərvətdir
    • Daxil ol

    • Sizin hesabınız yoxdur? Qeydiyyatdan keç

    • Axtarış etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.
    1 / 1
    • İlk yazı
      1/1
      Son yazı
    0
    • Kateqoriyalar
    • Ən yeni
    • Teqlər
    • Populyar