Ubuntu ("insanpərvərlik", "humanizm") — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir.
“Ubuntu” sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə “insanlıq” anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009-2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı.
Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS(Long term support) versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).