Let's Encrypt sertifikatı itərsə bərpası
-
Bu yazıda başıma gələn hadısənin həllini heç-bir yerdə tapa bilməyərək müxtəlif resurslardan toplayaraq bir araya gətirmək istədim. ChatGPT sağolsun müəyyən əmrlərlə yardımçı olurdu lakin ardıcıllıq çox önəmli olduğundan proses tamamlanmırdı.
Deməli iki server düşünün, A serverində işləyərkən onun dataları xarab olur və sən ayarları kopyalaya bilmirsən. Əgər sizin də Contabo serverinizdə layihəniz varsa o zaman bu sizin başınıza da gələ bilər
Nə yaxşı ki, backup məntiqini düşünmüşdüm və layihələrin əsas data-ları bərpa etmək asanlıqla mümkün oldu.
Bir həftədən sonra B serverini aldım və yenidən A serverində nələr etmişdimsə onu da konfiqurasiya edə bildim. Lakin saytlar yalnız
http
üzərindən işləyirdi və ya xəta verirdi.Mən
nginx
istifadə etdiyimdən online olaraqcertbot
vasitəsi ilə sertifikatların alınması çətin oldu. Ona görə də ilk öncənginx
-i söndürdüm:sudo systemctl stop nginx
Sonra offline olaraq sertifikatları yenidən almağa cəht etdim:
sudo certbot certonly --standalone -d example.com -d www.example.com --force-renewal
Proseslərə razılığımı verdim və sertifikatlar uğurla yeniləndi. Sonra sayt üçün nginx configləri yenilədim. Ən önəmlisi də
ssl_certificate
hissəsinə nəzər yetirmək lazımdı ki, yenicə əldə etdiyimiz serifikatları düzgün təyin edə bilək.# /etc/nginx/site-available/example.com server { server_name example.com www.example.com; location / { proxy_set_header X-Real-IP $remote_addr; proxy_set_header X-Forwarded-For $proxy_add_x_forwarded_for; proxy_set_header X-Forwarded-Proto $scheme; proxy_set_header Host $http_host; proxy_set_header X-NginX-Proxy true; proxy_pass http://127.0.0.1:8001; proxy_redirect off; # Socket.IO Support proxy_http_version 1.1; proxy_set_header Upgrade $http_upgrade; proxy_set_header Connection "upgrade"; } listen 443 ssl http2; # managed by Certbot ssl_certificate /etc/letsencrypt/live/example.com/fullchain.pem; # managed by Certbot ssl_certificate_key /etc/letsencrypt/live/example.com/privkey.pem; # managed by Certbot }
Sonra
nginx
işə salırıq:sudo systemctl start nginx
Əgər hər şeyi düzgün konfiqurasiya etmisinizsə o zaman xəta çıxmayacaq.