Oracle SQL-də CREATE, INSERT, SELECT, UPDATE və DELETE əmrləri
-
Oracle SQL verilənlər bazası ilə işləyənlər üçün əsas əmrlərdən bəziləri cədvəl yaratmaq, cədvələ məlumat əlavə etmək və məlumatları sorğulamaqdır. Bu əmrlər vasitəsilə siz öz bazanızı qurur, məlumatları saxlayır və onlara çıxış əldə edirsiniz.
🧱 1.
CREATE TABLE
– Yeni cədvəl yaratmaqOracle SQL-də yeni bir cədvəl yaratmaq üçün
CREATE TABLE
əmri istifadə olunur.Sintaksis:
CREATE TABLE cədvəlin_adı ( sütün_adı_1 verilənin_növü constraint, sütün_adı_2 verilənin_növü constraint, ... );
Məsələn:
CREATE TABLE employees ( id NUMBER PRIMARY KEY, name VARCHAR2(100), salary NUMBER(8, 2), department_id NUMBER );
Bu əmrlə
employees
adlı bir cədvəl yaradılır. Burada:id
sütunu unikal və əsas açar (PRIMARY KEY) olaraq təyin edilib.name
– maksimum 100 simvolluq mətn qəbul edir.salary
– onluq sayıdır (8 rəqəmli, 2-si onluqdan sonra).department_id
– işçinin aid olduğu şöbənin ID-si.
2.
INSERT INTO
– Məlumat Əlavə EtməkYaradılmış cədvələ məlumat əlavə etmək üçün
INSERT INTO
əmri istifadə olunur.Sintaksis:
INSERT INTO cədvəlin_adı (sütün_adı_1, sütün_adı_2, ...) VALUES (sütün 1 üçün data, sütün 2 üçün data, ...);
Məsələn:
INSERT INTO employees (id, name, salary, department_id) VALUES (1, 'Ali Həsənov', 2500.00, 101);
Bu əmrlə
employees
cədvəlinə bir işçi haqqında məlumat əlavə edilir.Əgər bütün sütunlara ardıcıllıqla məlumat daxil edilirsə, sütun adlarını yazmadan da istifadə etmək olar:
INSERT INTO employees VALUES (2, 'Aygün Məmmədova', 3200.50, 102);
3.
SELECT
– Məlumatları OxumaqVerilənlər bazasından məlumatları çıxarmaq üçün
SELECT
əmri istifadə olunur.Sintaksis:
SELECT sütün_adı_1, sütün_adı_2 və ya *(hamısı) FROM cədvəlin_adı WHERE hər nasısa bir şərt;
Məsələn:
Bütün işçilərin adlarını və maaşlarını göstər:
SELECT name, salary FROM employees;
Maaşı 3000-dən çox olan işçiləri seç:
SELECT * FROM employees WHERE salary > 3000;
Bütün cədvəli görmək üçün:
SELECT * FROM employees;
️ 4.
UPDATE
– Məlumatı YeniləməkCədvəldəki mövcud məlumatı dəyişdirmək üçün
UPDATE
əmri istifadə olunur.Sintaksis:
UPDATE cədvəlin_adı SET sütün_adı_1 = sütün üçün yeni dəyər 1, sütün_adı_2= sütün üçün yeni dəyər 2, ... WHERE hər nasısa bir şərt;
Nümunə:
UPDATE employees SET salary = 2800.00 WHERE id = 1;
Bu əmrlə
id
-si 1 olan işçinin maaşı 2800.00 olaraq yenilənir.Qeyd:
WHERE
şərti yazılmasa, cədvəldəki bütün sətirlər yenilənər. Bu isə təhlükəlidir!UPDATE
əmrini yalnızWHERE
şərti ilə işlətməyi unutmuruq!
5.
DELETE
– Məlumatı silməkCədvəldəki məlumatı silmək üçün
DELETE
əmri istifadə olunur.Sintaksis:
DELETE FROM cədvəlin_adı WHERE hər nasısa bir şərt;
Nümunə:
DELETE FROM employees WHERE id = 1;
Bu əmrlə
id
-si 1 olan işçi cədvəldən silinir.Diqqət:
WHERE
şərti yazılmazsa, bütün məlumatlar silinə bilər:DELETE FROM employees; -- BÜTÜN İŞÇİLƏR SİLİNƏCƏK!
Oracle SQL-də əsas əmrlər:
Əməl Təyinatı CREATE TABLE
Yeni cədvəl yaratmaq INSERT INTO
Yeni məlumat əlavə etmək SELECT
Məlumatları oxumaq UPDATE
Mövcud məlumatı dəyişdirmək DELETE
Məlumatı silmək 🧠 Əlavə Qeydlər
-
Datatypes (Verilən növləri):
VARCHAR2(n)
– Mətn tipli məlumat, maksimumn
uzunluqda.NUMBER(p, s)
– Ədədi dəyərlər:p
– ümumi rəqəm sayı,s
– onluqdan sonra.DATE
– Tarix və zaman saxlamaq üçün.
-
Constraints (Məhdudiyyətlər):
PRIMARY KEY
– unikal və boş olmayan sütun.NOT NULL
– mütləq dəyər verilməlidir.UNIQUE
– təkrarlanmayan dəyərlər.
Bilik paylaşdıqca artan bir sərvətdir